Əsas səhifəMaraqlı"Opel" yeni modelinin görüntülərini yayıb - FOTO
PAYLAŞ

"Opel" yeni modelinin görüntülərini yayıb - FOTO

Maraqlı 18 İyun 2021 11:43 1514
Opel şirkəti yaxın zamanlarda Astra modelinin yeni nəslini təqdim etməyə hazırlaşır. Məlum olduğu kimi, Opel modelləri Britaniyada Vauxhall markası altında buraxılırlar. Bu dəfə tizer kampaniyasına Vauxhall da qoşulub. Yeni Astra modeli ön hissənin firma Vizor dizaynını əldə edəcək və Stellantis ittifaqının EMP2 platformasına keçəcəkdir.

"AutoExpress" nəşrinin dizaynerləri casus şəkillərinə əsaslanaraq yeni hetçbekin renderini hazırlayıblar (baş şəkildə). Yeni Astra ailəsinə əvvəl olduğu kimi, hetçbek və Sports Tourer universalının daxil olacağı gözlənilir.

Xatırladaq ki, Vauxhall Astra modeli ənənəvi olaraq Britaniyanın Çeşir qraflığının Elsmir Port şəhərindəki zavodda istehsal edilir.

 


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020